Haqqımızda

“SMQ-2” MMC — inşaat və sənaye sahəsində zəngin təcrübəyə malik, etibarlı və peşəkar bir şirkətdir.

Müəssisəmiz 1936-cı ildə yaradılmış və fəaliyyətinə “MU-6” adı ilə başlamışdır. 1966-cı ildən 1998-ci ilə qədər “SMU-2” kimi fəaliyyət göstərmiş, 1998-ci ilin aprel ayında özəlləşdirilərək hüquqi statusunu dəyişmişdir. 2015-ci ilin avqust ayına qədər “SMQ-2” ASC olaraq fəaliyyət göstərmiş, həmin tarixdən etibarən isə “SMQ-2” MMC adı altında uğurla fəaliyyətini davam etdirir.

Hazırda “SMQ-2” MMC inşaat sektoru üzrə geniş fəaliyyət göstərir və dövlət, eləcə də özəl təşkilatların müxtəlifmiqyaslı layihələrini uğurla həyata keçirmişdir. Bunlara aşağıdakılar daxildir:

- Neft-kimya müəssisələrinin tikintisi
- Sənaye və istehsalat fabrikləri
- Kənd təsərrüfatı obyektləri
- İctimai-sosial binalar
- İdman və turizm infrastrukturları
- Körpü və yol infrastrukturları


Bundan əlavə, şirkətimiz müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələrinə sahibdir və yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim edir.

Fəaliyyət Sahələrimiz

- Metal konstruksiyaların hazırlanması və quraşdırılması
- Ölçüsündən asılı olmayaraq rezervuarların hazırlanması və quraşdırılması
- Körpülərin, yerüstü keçidlərin və aşırımı 60 metrə qədər olan idman komplekslərinin və sənaye obyektlərinin inşası
- Mürəkkəb formalı metal konstruksiyaların yüksək peşəkarlıqla işlənməsi
- Anbarlar, zavodlar və digər sənaye təyinatlı tikililərin metal konstruksiyalardan inşası
- Futbol stadionları və idman arenaları üçün metal konstruksiya işləri
- Texnoloji boruların, su və kanalizasiya xətlərinin, avadanlıqların və nəzarət cihazlarının quraşdırılması
- Metal lövhələrdən dam örtüklərinin hazırlanması və montajı
- Sertifikatlı ustalar tərəfindən qaynaq işlərinin icrası
- Metal dam örtüklərinin istehsalı
- Metal profnastil örtüklərin istehsalı

Qeyd: Fəaliyyət sahələrimiz yuxarıda sadalananlarla məhdudlaşmır. Müxtəlif texniki və mühəndislik həlləri ilə sifarişçimizin tələblərinə uyğun fərdi yanaşma təmin edirik.