Rezervuarların İstehsalı və Quraşdırılması

Rezervuarların İstehsalı və Quraşdırılması

Rezervuarların istehsalı və quraşdırılması “SMQ-2” MMC-nin mühüm texniki sahələrindən biridir. Şirkətimiz müxtəlif təyinatlı – su, neft, kimyəvi maddə və digər mayelərin saxlanması üçün uyğun olan, istənilən ölçüdə və formada rezervuarlar hazırlayır.

İstehsal prosesində istifadə olunan metal materiallar təzyiqə davamlı, sızdırmaz və uzunömürlü olması ilə seçilir. Hazırlanan rezervuarlar yerli və beynəlxalq standartlara cavab verir. Qaynaqlar və birləşmələr yüksək dəqiqliklə aparılır, son yoxlama mərhələsində hər bir məhsul sınaqdan keçirilir.

Rezervuar quraşdırılması sahəsində təhlükəsizlik və funksionallıq əsas prioritetdir. Quraşdırma işi sahədə şəraitə uyğun şəkildə planlaşdırılır və ətraf mühütə zərər vermədən həyata keçirilir. Biz müştərinin texniki tələblərinə uyğun fərdi həllər təqdim edirik.

Bu xidmət həm sənaye müəssisələri, həm də kənd təsərrüfatı sektorunda geniş tətbiq olunur. Su anbarları, yanacaq saxlama qurğuları, texniki mayelər üçün istifadə olunan qablar da daxil olmaqla geniş çeşiddə layihələrə imza atmışıq.