Azkompazit Zavodu

2006-cı ildə Dövlət əhəmiyyətli bir layihə olan “Azkompozit” şüşə lifli borular istehsalı zavodu və inzibati binasının tikintisinə start verilmişdir. Bu mühüm sənaye obyektinin layihələndirilməsi və açar təslim şəkildə tikintisi SMQ-2 MMC tərəfindən uğurla həyata keçirilmişdir.

Layihənin əhəmiyyətini və miqyasını nəzərə alaraq, tikinti prosesi bütün mərhələlər üzrə yüksək dəqiqlik, peşəkarlıq və texniki nəzarətlə yerinə yetirilmişdir. Zavodun rəsmi açılışı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir ki, bu da layihənin dövlət səviyyəsində nə qədər önəmli olduğunu göstərir.


Görülən əsas işlər:

  • Layihənin baş podratçısı qismində ümumi tikinti nəzarətinin həyata keçirilməsi

  • Torpaq işləri və qazıntılar

  • Dəmir-beton konstruksiya işləri

  • Metal konstruksiyaların hazırlanması və montajı

  • Qeyri-standart xüsusi qurğuların layihələndirilməsi və istehsalı

  • Alkopan fasad örtük işləri

  • Sendviç panel və profnastil dam örtüklərinin quraşdırılması

  • Epoksi döşəmə örtüklərinin tətbiqi

  • Zavod daxilində və ətrafında asfalt yolların çəkilməsi

  • Səki daşları və bordürlərin quraşdırılması

  • Yaşıllaşdırma və landşaft işləri

  • Daxili təmir işləri – suvaq, keramika, alçıpan, döşəmə və tavan

  • Fasad işləri və şüşə arakəsmələrin montajı

  • Ağır sənaye avadanlıqlarının və texnoloji qurğuların quraşdırılması

  • Daxili və xarici elektrik xətləri

  • Transformator, UPS və generator sistemlərinin quraşdırılması

  • Havalandırma, isitmə, soyutma və çiller sistemlərinin quraşdırılması


Bu layihə SMQ-2 MMC üçün yalnız bir inşaat işi deyil, həm də milli sənaye infrastrukturu üçün strateji töhfə olmuşdur. Mürəkkəb və texnoloji baxımdan çətin olan bu layihə, şirkətin yüksək keyfiyyət standartlarına və mühəndislik bacarığına dair nümunəvi göstəricilərdən biridir.

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
"Sumqayıt Sənaye İstehsal" ASC
Layihənin başladığı tarix:
10.01.2006
Layihənin bitiş tarixi:
05.01.2007