Bakı Tennis Akademiyası

Bakı Tennis Akademiyası kompleksinin inşası və tam təhvil verilməsi SMQ-2 MMC şirkəti tərəfindən “açar təhvil” prinsipi ilə həyata keçirilmişdir. Layihə sıfırdan başlayaraq, bütün mərhələləri əhatə edən kompleks tikinti və abadlıq işlərini özündə birləşdirmişdir.

Akademiyanın rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdur. Tədbirdə həmçinin Azərbaycan Tennis Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və bir sıra digər mötəbər qonaqlar iştirak etmişdir.

SMQ-2 MMC tərəfindən həyata keçirilmiş əsas işlər aşağıdakılardır:

  • Torpaq işlərinin görülməsi

  • Dəmir-beton işləri

  • Metal konstruksiyaların hazırlanması və quraşdırılması

  • Alkopan fasad örtük işləri

  • Sendviç panel örtüklərin quraşdırılması

  • Avtomatik açılıb qapanan olimpiya tipli tennis meydançası və Açıq tipli tennis meydançalarının inşası

  • Süni ot (rezin) örtüyün döşənməsi

  • Qarajın inşası

  • Epoksi döşəmə işləri

  • Asfalt yolların salınması

  • Səki daşları və bordürlərin quraşdırılması

  • Yaşıllıq sahələrinin yaradılması

  • Daxili təmir işləri (suvaq, keramika, alçıpan, döşəmə, tavan və s.)

  • Cəbhə və şüşə arakəsmə işləri

  • Üzgüçülük hovuzunun inşası

  • Daxili və xarici elektrik xətlərinin quraşdırılması

  • Transformator, UPS və generatorların yerləşdirilməsi

  • Havalandırma, çiller, isitmə və soyutma sistemlərinin qurulması

Bu layihə Azərbaycanın idman infrastrukturunun inkişafında mühüm rol oynamış və ölkəmizdə tennisin daha da geniş yayılması üçün zəruri şərait yaratmışdır.

Layihə haqqında
Kateqoriya:
Təmir və tikinti
Müştəri:
Azərbaycan Tennis Federasiyası
Layihənin başladığı tarix:
02.02.2008
Layihənin bitiş tarixi:
08.11.2009