Azərbaycanın aparıcı inşaat şirkətlərindən biri olaraq, SMQ-2 MMC tərəfindən Qafqaz regionunun ilk müasir poladəritmə zavodu olan "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində yeni tikinti və montaj işləri həyata keçirilmişdir. Layihə çərçivəsində müəssisənin istehsalat potensialının genişləndirilməsi məqsədilə yeni korpuslar, istehsalat sexləri və hazır məhsul anbarları inşa edilmiş və tam şəkildə təhvil verilmişdir.
Metal konstruksiyaların hazırlanması və quraşdırılması
Sendviç panel və profnastil materialları ilə dam örtüklərinin quraşdırılması
Darvaza və sənaye tipli qapıların hazırlanması və montajı
Bu layihə çərçivəsində yüksək keyfiyyətli sənaye konstruksiyaları və müasir tikinti materialları tətbiq olunmuş, montaj və istehsalat standartlarına tam cavab verən nəticə əldə edilmişdir. SMQ-2 MMC olaraq, sənaye obyektlərinin inşasında topladığımız təcrübə və texniki potensial sayəsində müştərilərimizə hər zaman etibarlı və funksional həllər təqdim etməkdəyik.