Hilton Garden İnn Hotel

Hilton Garden Inn Hotel layihəsində SMQ-2 MMC tərəfindən bir sıra mürəkkəb və yüksək dəqiqlik tələb edən metal konstruksiya işləri uğurla həyata keçirilmişdir. Şirkətin peşəkar mühəndis komandası və illərlə formalaşmış təcrübəsi bu layihənin çətin texniki tələblərinə cavab verməyə imkan yaratmışdır.

Layihədə həyata keçirilmiş əsas işlərdən biri 13-cü mərtəbədə yerləşən Atrium hissənin metal konstruksiyasının hazırlanması və quraşdırılması olmuşdur. Bu konstruksiya xüsusi memarlıq yanaşma və mühəndislik həlli tələb etdiyindən, işin icrası yüksək peşəkarlıqla həyata keçirilmişdir.

Bundan əlavə, otel binasının əsas giriş hissəsində yerləşən talvar (canopy) da SMQ-2 MMC tərəfindən dəqiqlik və estetik baxımdan uğurla hazırlanaraq quraşdırılmışdır. Giriş talvarı həm funksional, həm də görünüş baxımından  binanın önəmini vurğulayan əsas elementlərdəndir.

Digər önəmli işlərdən biri isə -1-ci mərtəbədə metal konstruksiya ilə mərtəbənin iki hissəyə ayrılmasıdır. Bu struktur dəyişiklik binanın daxili planlamasına uyğun şəkildə icra edilmiş və tikintinin texniki tələblərinə tam uyğunlaşdırılmışdır.

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
PMD Projects MMC
Layihənin başladığı tarix:
17.08.2022
Layihənin bitiş tarixi:
01.04.2023