Kürdəmir Asan Xidmət Mərkəzi

“SMQ-2” MMC tərəfindən “Kürdəmir ASAN Xidmət kompleksi”nin Yay kafesi binasının söküləbilən konstruksiyasının yığılması və 4 giriş hissəsinin metal konstruksiya işləri uğurla həyata keçirilmişdir. Bu mühüm ictimai obyektin açılışı Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir.

Layihənin icrasında funksional və estetik tələblərə tam cavab verən konstruksiyalar hazırlanaraq, kompleksin ümumi memarlıq görünüşünə və infrastrukturuna töhfə verilmişdir.

Tikinti prosesi çərçivəsində istifadə olunan metal konstruksiyalar layihəyə uyğun olaraq dizayn edilmiş, müasir istehsal texnologiyaları ilə hazırlanmış və sahədə peşəkar komandamız tərəfindən quraşdırılmışdır. Görülən bütün işlər tikinti və təhlükəsizlik üzrə mövcud standartlara uyğun şəkildə həyata keçirilmişdir.

ASAN Xidmət mərkəzləri kimi ictimai əhəmiyyətli obyektlərdə dəqiqlik və operativlik əsas prioritetlərdəndir. “SMQ-2” MMC bu layihə vasitəsilə texniki imkanlarını və yüksək səviyyəli mühəndislik təcrübəsini bir daha nümayiş etdirmişdir.

Bu layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:

  • Metal konstruksiyaların hazırlanması və quraşdırılması

  • Sendviç və profnastil materialı ilə dam örtüklərinin quraşdırılması

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
Faber Construction MMC
Layihənin başladığı tarix:
14.12.2018
Layihənin bitiş tarixi:
30.05.2019