“SMQ-2” MMC tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin inzibati kompleksində bir neçə mərhələdən ibarət tikinti və yenidənqurma işləri yüksək peşəkarlıqla həyata keçirilmişdir. Layihə çərçivəsində müxtəlif sahələrdə mühüm infrastruktur və texniki işlər uğurla icra olunmuşdur.
İlk mərhələdə Milli Məclisin yeməkxana binasında avadanlıqların atmosfer təsirlərindən qorunması məqsədilə kompleks metal konstruksiya işləri aparılmışdır. Bu mərhələdə aşağıdakı işlər görülmüşdür:
Metal konstruksiyadan karkasların yığılması;
Profnastildən dam örtüyünün qurulması;
Dam su axıtma sisteminin quraşdırılması;
Metal tordan hasarın quraşdırılması;
Yeməkxananın üzərində qoruyucu metal çətirlərin montajı.
Layihənin növbəti mərhələsində Milli Məclisin avtomobil qarajının II hissəsində yenidənqurma və yeməkxana sahəsində təmir-bərpa işləri icra edilmişdir. Bu mərhələdə görülən əsas işlər:
Metal konstruksiyaların hazırlanması və quraşdırılması;
Sendviç panel ilə dam örtüyünün çəkilməsi;
Alkopan materialı ilə üzləmə işləri;
Dəmir-beton işləri və dayaqların bərkidilməsi;
Qapı və pəncərələrin montajı;
Cəbhə pəncərə sistemlərinin quraşdırılması;
Ümumi tikinti-quraşdırma işləri;
Daxili təmir işləri (malyar, suvaq, kafel və digər tamamlayıcı işlər).
Bu mərhələdə Xarı bülbül zalında müasir texnologiya ilə avtomatik açılıb-qapanabilən konstruksiya sistemi hazırlanmış və uğurla quraşdırılmışdır. Bu iş aşağıdakıları əhatə etmişdir:
Avtomatik mexanizmin layihələndirilməsi və hazırlanması;
Metal konstruksiyaların yığılması və montajı;
Sensor və idarəetmə sistemlərinin quraşdırılması;
Sistemlərin sınaqdan keçirilməsi və istifadəyə verilməsi.
Bu layihənin uğurla icrası “SMQ-2” MMC-nin dövlət əhəmiyyətli obyektlərdə yüksək keyfiyyətli və kompleks tikinti xidmətləri göstərməkdəki peşəkar təcrübəsini bir daha təsdiq etmişdir.