Neft Emalı Zavodu (HAOR)

Şirkətimiz SMQ-2 MMC tərəfindən Bakıda yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Heydər Əliyev adına Neftayırma Zavodunun (HAOR) Modernizasiyası və Yenidən Qurulması layihəsi çərçivəsində iri həcmli çənlərin (tanks) quraşdırılması işləri uğurla həyata keçirilmişdir.

Quraşdırma prosesi yüksək peşəkarlıqla həyata keçirilmiş, bütün işlər beynəlxalq standartlara uyğun şəkildə icra edilmişdir. Layihədə yalnız peşəkar və sertifikatlı qaynaqçılar çalışmış, bütün qaynaq işləri radiqrafik testlərlə (RT) yoxlanılmışdır. Bu testlər vasitəsilə qaynaqların keyfiyyəti dəqiq şəkildə qiymətləndirilmiş və işin keyfiyyəti yüksək səviyyədə təmin olunmuşdur.

İşlərin keyfiyyətinə nəzarət Keyfiyyətə Nəzarət mühəndisləri tərəfindən həyata keçirilmiş, texniki normativlərə və layihə standartlarına tam uyğunluq təmin edilmişdir. Eyni zamanda, layihənin təhlükəsiz şəraitdə həyata keçirilməsi məqsədilə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə məsul əməkdaşlar bütün mərhələlərə nəzarət etmiş, təhlükəsizlik qaydalarının pozulmaması üçün daimi monitorinq aparmışlar.

Bu layihə həm texniki cəhətdən mürəkkəbliyi, həm də yüksək təhlükəsizlik və keyfiyyət tələbləri ilə seçilərək, ölkənin sənaye infrastrukturu üçün mühüm töhfə olmuşdur.

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
Prokon MMC
Layihənin başladığı tarix:
06.04.2020
Layihənin bitiş tarixi:
03.09.2021