Xankəndi Mədəniyyət Mərkəzi

Qürurla bildiririk ki, komandamız Xankəndi şəhərində yerləşən Xankəndi Mədəniyyət Mərkəzinin bərpası və yenidən qurulması layihəsində iştirak etmişdir. Bu layihə çərçivəsində SMQ-2 MMC olaraq bir sıra mühüm işləri həyata keçirmişik:

  • Bina metal konstruksiya ilə gücləndirilmiş, dayanıqlılığı artırılmışdır.

  • Fasad işləri üzrə kermoqranit və alkopon tətbiqi ilə həm estetik, həm də funksional görünüş təmin edilmişdir.

  • Layihənin bütün mərhələlərində yüksək keyfiyyət və peşəkarlıq ön planda tutulmuşdur.

Bu layihə yalnız memarlıq və tikinti baxımından deyil, həm də regionun mədəni həyatının canlanması baxımından böyük əhəmiyyət kəsb edir. Biz SMQ-2 MMC olaraq, belə layihələrdə iştirak etməklə həm yerli icmalara, həm də ölkəmizin mədəni irsinə töhfə verməkdən qürur duyuruq.

 Bizim məqsədimiz: keyfiyyət, estetik və dayanıqlılığı birləşdirərək, hər bir layihəni gələcək nəsillər üçün bir dəyər halına gətirmək.

Layihə haqqında
Kateqoriya:
Təmir və tikinti
Müştəri:
Arsenal Construction and Engineering MMC
Layihənin başladığı tarix:
01.04.2025
Layihənin bitiş tarixi:
25.10.2025