SMQ-2 MMC olaraq, ölkəmizin mühüm idman infrastrukturu layihələrindən biri olan Respublika Velotreki layihəsində yüksək dəqiqlik və peşəkarlıqla metal konstruksiya işlərini həyata keçirmişik.
Bu layihədə tətbiq etdiyimiz mühəndislik həlləri, yalnız texniki səmərəlilik deyil, həm də estetik və funksional dizayn baxımından layihəyə əlavə dəyər qatmışdır. SMQ-2 MMC olaraq, belə genişmiqyaslı və strateji əhəmiyyət daşıyan idman obyektində iştirak etməkdən qürur duyuruq.