Siyəzən rayonunda yerləşən və ölkəmizin inşaat sektoruna mühüm töhfə verən Siyəzən Kərpic Zavodunun inşası SMQ-2 MMC tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində zavodun bütün beton, metal konstruksiya və inşaat-montaj işləri şirkətimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilmişdir.
Zavodun tikintisi zamanı:
Dayanıqlı dəmir-beton konstruksiyalar,
Müasir standartlara cavab verən metal karkas və örtük sistemləri,
Texnoloji istehsalat sahələri və inzibati binalar
tam olaraq “açar təslim” prinsipi ilə icra olunmuşdur.
Layihənin əhəmiyyətini nəzərə alaraq, zavodun açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Bu fakt, görülən işlərin dövlət səviyyəsində strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
SMQ-2 MMC olaraq, milli sənayemizin inkişafına xidmət edən bu kimi kompleks layihələrdə iştirak etməklə, həm tikinti sektoruna, həm də regional iqtisadiyyata dəyər qatmaqdan qürur duyuruq.