SOCAR Karbamid Zavodu (TANKS)

Azərbaycan sənayesinin mühüm layihələrindən biri olan SOCAR Ammonia and Urea Complex Project (SOCAR Karbamid Zavodu) çərçivəsində iri həcmli sənaye çənlərinin quraşdırılması işləri müvəffəqiyyətlə yerinə yetirilmişdir. Bu mühüm işlər ölkənin gübrə istehsalı potensialının artırılması və sənaye infrastrukturunun müasirləşdirilməsi məqsədi daşıyır.

Layihənin idarə edilməsi və koordinasiyası Cənubi Koreyanın nəhəng mühəndislik şirkəti olan Samsung Engineering tərəfindən həyata keçirilmişdir. SMQ-2 MMC olaraq bu layihə çərçivəsində ağırtonnajlı çənlərin montajı, qaynaq işləri, texniki testlər və keyfiyyətə nəzarət prosesləri uğurla icra olunmuşdur.

Çənlərin quraşdırılması zamanı beynəlxalq sənaye standartlarınaUEFA, ASME, API kimi texniki tələblərə uyğunluq əsas götürülmüşdür. Görülən bütün işlər Samsung Engineering tərəfindən keyfiyyətə ciddi nəzarət altında yoxlanılmış, hər bir mərhələdə müvafiq texniki ölçmələr və yoxlamalar aparılmışdır.

Bu layihə bir daha sübut edir ki, SMQ-2 MMC sənaye infrastrukturunun ən mürəkkəb və texnoloji həssas sahələrində beynəlxalq tərəfdaşlarla birgə işləmək bacarığına malikdir və özünü etibarlı icraçı kimi təsdiq edir.

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
KONTEKS MMC
Layihənin başladığı tarix:
14.06.2016
Layihənin bitiş tarixi:
15.11.2017