Xəzər Lənkəran Stadionu

SMQ-2 MMC tərəfindən həyata keçirilmiş mühüm layihələrdən biri də Xəzər Lənkəran Mərkəzi Stadionunun tikintisi olmuşdur. Layihə çərçivəsində stadionun bütün metal konstruksiya işləri yüksək dəqiqliklə və peşəkarlıqla məhz şirkətimiz tərəfindən hazırlanmış və quraşdırılmışdır.

15 min nəfərlik tamaşaçı tutumuna malik bu stadion UEFA-nın bütün texniki və funksional standartlarına tam cavab verir. Müasir dizaynı, funksional tribunaları və beynəlxalq oyunlar üçün yaradılmış şəraiti ilə stadion ölkəmizin futbol infrastrukturunun inkişafına mühüm töhfə vermişdir.

Stadionun rəsmi açılışı 11 avqust 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Bu, yalnız bir idman obyektinin istifadəyə verilməsi deyil, eyni zamanda bölgədə idmanın və gənclərin inkişafına verilən önəmin göstəricisi olmuşdur.

"Xəzər Lənkəran" futbol klubunun ev oyunlarını keçirdiyi bu arena həm də azarkeşlər arasında "Fırtınalar meydanı" adı ilə tanınır. Burada keçirilən beynəlxalq və yerli oyunlar stadionun yüksək texniki göstəricilərə malik olduğunu dəfələrlə sübut etmişdir.

Layihə haqqında
Kateqoriya:
Metal Konstruksiya
Müştəri:
Palmali Group
Layihənin başladığı tarix:
10.01.2006
Layihənin bitiş tarixi:
11.08.2006