M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Hökməli dairəsində müasir yerüstü piyada keçidi tikilmişdir. Layihənin məqsədi vətəndaşların təhlükəsizliyini təmin etməklə yanaşı, magistral yolun fasiləsiz işləməsini də təmin etmək olmuşdur.
Bu mühüm infrastruktur obyekti “SMQ-2” şirkəti tərəfindən hazırlanmış və quraşdırılmışdır.
Monolit Dəmir-Beton İşləri
Metal Konstruksiyanın Hazırlanması və Quraşdırılması
Layihənin ən mühüm məqamlarından biri – yol hərəkətini dayandırmadan keçidin əsas metal hissəsinin bir neçə saat ərzində quraşdırılması olmuşdur. Bu, həm texniki baxımdan peşəkar komandanın koordinasiyasını, həm də layihənin strateji planlaşdırılmasını göstərir.
Hazırda istifadəyə verilmiş keçid bölgədə piyadaların rahat və təhlükəsiz keçidini təmin edir. Eyni zamanda, layihə qısa zamanda, minimal yol bağlanması ilə uğurla tamamlanması baxımından nümunəvi hesab olunur.